Ermənistanın Təhlükəsizlik Şurası Azərbaycanla sərhəddə təxribatlara cavab olaraq ordumuzun həyata keçirdiyi əməlliyyatlarla bağlı rəsmi şəkildə Rusiyaya müraciət etmək qərarına gəlib.
Müraciətdə Rusiyadan hərbi dəstək istənilir. Məlumdur ki, bu müraciətin arxasında Rusiyanı Azərbaycanla hərbi münaqişəyə cəlb etmək planları dayanır.
Hafta.az bildirir ki, bu məsələ rusiyalı politoloqlar arasında da ciddi müzakirə edilir.
Rusiyalı politoloq Vladimir Şapovalovun sözlərinə görə, belə bir dönüş bütün Qafqazda qeyri-sabitlik təhlükəsinə çevrilə bilər:
"Bu, təhlükəlidir, çünki o, yerli münaqişəni “ikinci cəbhəyə” və Rusiya ilə Qərbin qarşıdurmasında hibrid müharibəyə çevirə bilər. Qafqazda bir çox xarici güclərin, o cümlədən ABŞ, Türkiyə və İranın maraqları cəmləşib.
Qafqaz, Baltikyanı ölkələrdə olduğu kimi, anti-Rusiya hərəkətləri üçün NATO-nun tramplininə çevrilə bilər. Bu, təhlükəli tendensiyadır, çünki Qərb ölkələri, Avropa və Ukrayna yatırlar və yuxularında Qafqazda “ikinci cəbhə”nin açıldığını görürlər".