Rusiyadan vətəndaşlarına THY embarqosu

09:25 24.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk Hava Yollarının (THY) Latın Amerikası reyslərinə biletli rus sərnişinləri buraxmamasından sonra Rusiyadan diqqətçəkən xəbərdarlıq gəlib.

Hafta.az-ın yazdığına görə, THY bütün xəbərdarlıqlara baxmayaraq, rusları Latın Amerikası ölkələrinə uçuşlardan kənarlaşdırmağa davam etdikdən sonra Rusiyanın Ankaradakı səfirliyi Türkiyə Xarici İşlər Nazirliyinə vəziyyətə aydınlıq gətirmək üçün rəsmi müraciət edib.

Bu tələbə Türkiyə tərəfdən heç bir cavab almayan Rusiya vətəndaşlarına THY ilə səyahət etməmələri barədə xəbərdarlıq edib.

Rusiyanın Ankaradakı səfirliyindən verilən açıqlamada “Çox ciddi problem var. Üstəlik, Türkiyə rəsmilərinin hadisənin ciddiliyindən nə dərəcədə xəbərdar olduqlarını bilmirik”, - deyə bildirilib və İstanbul Hava Limanından Latın Amerikasına uçan Rusiya vətəndaşlarının təyyarəyə minməsinə icazə verilmədiyinə diqqət çəkilib.

THY rəsmiləri rusların Latın Amerikası ölkələrinə buraxılması ilə bağlı qaydaların sərtləşdirildiyini bildirib, rusların rus dilində bəyan olunmaqdan boyun qaçırdığını iddia edərək, öz internet saytında bəyanatı ingilis və türk dillərində dərc edərkən bu vəziyyət Rusiya tərəfindən də tənqid olunub.

Latın Amerikası ölkələrinə səyahət etmək istəyən Rusiya vətəndaşlarının THY təyyarələrinə mindirilməməsi hadisəsi mart ayında üzə çıxıb. Martın 9-da THY-nin Argentinaya reysləri ilə Türkiyəyə uçan ən azı 50 rusiyalı sərnişinin təyyarəyə minməsinə icazə verilməyib.

Daha sonra Rusiyanın Buenos-Ayresdəki səfirliyi problemin THY-də olduğunu bildirib.

Rusiya Tur Operatorları Birliyi Rusiyadan gələn sərnişinlərə THY ilə Meksikaya uçmamaq barədə xəbərdarlıq edib.

Aprel ayında Türkiyə üzərindən tranzitlə Meksikanın Kankun şəhərinə gedən 3 rusiyalı qadın İstanbulda təyyarəyə buraxılmayıb.

Oxunma sayı 289