Sentyabrda Rusiyadan xaricə ən sərfəli uçuşlar Soçi, Sankt-Peterburq və Mineralnı Vodıdan yola düşür.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, ən ucuz uçuşlar Sankt-Peterburqdandır. Sankt-Peterburqdan Minskə bir tərəfə biletin qiyməti 3,7 min rubl (39,5 dollar), Mineralnıye Vodıdan Aktau istiqamətində isə 9,6 min rubl (102,4 dollar) təşkil edir.
“Aviasales”də 2024-cü ilin sentyabrında ən sərfəli beynəlxalq uçuşlara Qazaxıstan, Ermənistan və Gürcüstan daxildir. Kazan, Soçi və ya Mineralnıy Vodıdan bu istiqamətlərə birtərəfli uçuşlar müvafiq olaraq 5,7 min rubl (60,8 dollar) və 7 min rubl (74,6 dollar) arasındadır.
Yandex.Putestvia-da ən sərfəli uçuşlar Soçidən İstanbula 7,8 min rubl (83,2 dollar), Əbu-Dabiyə isə 11,7 min rubl (124,7 dollar) təşkil edir.
Moskvadan ən sərfəli uçuşlar Azərbaycanın paytaxtınadır. Bakıya birtərəfli bilet 9,7 min rubla (103,3 dollar) təklif olunur.
Yandex.Putestvia-da Moskvadan ən sərfəli gediş-gəliş yeri İrəvandır və biletin qiyməti 20,3 min rubl (216,2 dollar) təşkil edir.
“Aviasales”in məlumatlarına görə, Avropada ən çox tələbat olan ölkə İtaliyadır. Soçidən Venesiyaya bir istiqamətə biletin qiyməti 11,7 min rubla (124,7 dollar), Mineralnıye Vodidən Romaya isə 13 min rubla (138,4 dollar) uçmaq mümkündür. Asiya ölkələri arasında ən populyar istiqamət Çindir, Yekaterinburqdan Pekinə birbaşa uçuşlar 16,6 min rubla (176,8 dollar) başa gəlir.