Rusiyanı nə döyüşdə, nə də sanksiyalarla məğlub etmək mümkün deyil - Patruşev

18:48 08.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev aif.ru-ya müsahibəsində Qərbin Rusiya ilə nə sanksiyalar, nə hədə-qorxu, nə də silahlı qarşıdurma ilə öhdəsindən gələ bilməyəcəyini vurğulayıb.

O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiyanı “məğlub etməyə çalışmaq” çağırışına belə cavab verib.

“Polşa Xarici İşlər Nazirliyinin söz-söhbətdən əziyyət çəkən və tarixdən az məlumatı olan rəhbəri üçün təkrar etməyə hazıram: bəli, Rusiya çətin günlər yaşayırdı, amma onu nə döyüş meydanında və ya sanksiyalarla, ya da vətəndaşları qorxutmaqla və rüşvət verməklə məğlub etmək mümkün deyil”, - Patruşev vurğulayıb.

Ləman