Rusiyanın İran üzərindən Asiya ölkələrinə ticarəti çətinləşib

10:20 21.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Rusiya məhsullarının İran üzərindən Asiya ölkələrinə ixracında fasilələr yaranıb.

Hafta.az-ın yazdığına görə, Orta Asiya, Fars körfəzi və Hind okeanı ölkələrinə taxıl və un ixrac potensialının 2030-cu ilə qədər təxminən 30 milyon ton olacağı gözlənilir. Əfqanıstan, İran, İraq və Pakistanın ümumi əhalisi 400 milyon civarında olduğu halda, Rusiyanın İran üzərindən Asiya ölkələrinə yük daşımalarına maneələrə diqqət çəkilir.

“Kommersant” qəzetinə müsahibə verən logistika üzrə ekspert Arkadi İvanov Rusiya məhsullarının Asiya ölkələrinə ixracında bəzi nəqliyyat maneələrinin yaşandığını bildirib. Ekspert bəyan edib ki, İranla xarici ticarət ödənişləri qeyri-rəsmi Hawala köçürmə sistemi vasitəsilə həyata keçirilir, digər tərəfdən, Asiya ölkələrində nağd ödənişlər adi haldır.

İvanov qeyd edib ki, İran üzərindən gəmiçiliyin inkişafına mane olan digər məqam infrastrukturun olmaması və Xəzər dənizi limanlarının dayazlığıdır.
2022-ci ilin dekabrında Rusiya ilə İran arasında malların ticarət həcmi rekord həddə çatıb. İranın İqtisadiyyat və Maliyyə naziri Ehsan Handuzi Rusiyanın bu il Asiya ölkələrinin iqtisadiyyatlarına təxminən 2,76 milyard dollar sərmayə qoyduğunu və bu regionda ən böyük sərmayəçiyə çevrildiyini açıqlayıb.

Oxunma sayı 238