Rusiyanın bu şəhərində səfərbərliyə çağrılanları yazınlarından etiraz - OĞLANLARIMIZI QAYTARIN

15:54 12.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Belqorod vilayətində səfərbər olunanların arvadları və anaları qubernator Vyaçeslav Qladkovdan qohumlarını evlərinə qaytarmağı tələb ediblər. Onlar “Vkontakte” sosial şəbəkəsində indiyədək 157 nəfərin imzaladığı petisiya dərc ediblər.

Yaxınlarının sözlərinə görə, 752-ci motoatıcı alayından səfərbər olunanlar iki həftəlik təlimdən sonra Luqansk vilayətinin Svatovo şəhərinə göndərilib. Oktyabrın sonunda səfərbər olanlar atəş zonasına daha da yaxınlaşıblar. Qohumları deyir ki, alay məğlub olub, səfərbər olanların çoxu əlaqə saxlamır. Eyni zamanda, petisiya müəlliflərinin sözlərinə görə, onlara səfərbər olunanların Belqorod vilayətini qorumaq üçün tapşırıqları yerinə yetirəcəkləri və döyüş bölgəsinə göndərilməyəcəyi vəd edilib.

“Məlum olur ki, komandanlıq kifayət qədər hazırlığı olmayan səfərbər edilənləri döyüş bölgəsinə göndərir və səfərbər olunanların sonrakı taleyi heç kimi narahat etmir”, - müraciətdə deyilir.
Səfərbər olunanların yaxınları qubernator Vyaçeslav Qladkovdan səfərbər olunanları su, ərzaq və sursatla təmin etməyi, qohumlarla hərbçilər arasında əks əlaqəni təşkil etməyi, ehtiyatda olan hərbçilərin döyüş hazırlığını təmin etməyi və hərbçilərin rayon ərazisinə qaytarılmasını tələb ediblər.
Bundan əvvəl Voloqdadan səfərbər olunanların həyat yoldaşları və qohumları Voloqda vilayətinin qubernatoru Oleq Kuvşinnikova videomüraciət yazaraq, qohumlarının Ukraynadakı cəbhə xəttindən geri qaytarılmasını tələb ediblər. Səfərbər olunanların lazımi hazırlıq keçmədən Svatovo şəhəri yaxınlığındakı cəbhə xəttinə göndərildiyi iddia edilir.