“Bir kəmər, bir yol” layihəsinin orta yolu Çin, Orta Asiya, Xəzər Dənizi, Azərbaycan, Türkiyə və Şərqi Avropa istiqamətləri üzrə hərəkət etməlidir. İldə 1.2 trilyon dollar həcmində ticarətin cərəyan edəcəyi bu xəttin əsasən Azərbaycan və Türkiyə üzərindən keçməsi, Azərbaycan və Türkyənin Avrasiya bölgəsində iqtisadi və siyasi qüdrətini daha da artıracaqdır.
Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib. Onun sözlərinə görə, bu layihə, Azərbaycanın “Qafqaz Evi”ndə əsas söz sahibi olmasına şərait yaradacaqdır. Buna görə də, Zəngəzur dəhlizinin açılması mühüm şərtdir. Rusiya 10 noyabr sazişində Azərbaycandan keçən xətlərə nəzarəti öz əlinə alması barədə maddə əlavə etsə də, bu saziş nə Azərbaycan, nə də Rusiya parlametində təsdiq olunubdur. Bu baxımdan, onun hüquqi qüvvəsi yoxdur. Xankəndində 5 illik yerləşən Rusiya sülhmramlıları da heç bir beynəlxalq mandata malik deyildir. Ukraynada Rusiyann zəifləməsi və Türkiyənin Şuşa bəyannaməsi ilə Azərbaycanda möhkəmlənməsi, yaxın gələcəkdə Rusiyanın Cənubi Qafqazı tərk etmək məcburiyyətində qalacağını göstərir. “Şimal axını 2” layihəsi sanksiyalara məruz qaldıqdan sonra, Rusiya qaz və neftinin Azərbaycan və Türkiyədən Avropaya çıxmaqdan başqa alternativin olmadığı görünür. Belə bir durumda, Rusiya, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdən və bir çox güzəştlərə getməkdən başqa alternativi qalmır. Yəni, yaxın gələcəkdə Rusiyanın Cənubi Qafqazı tərk etməsi reallığa çevrilir. Bu isə, Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yolunu seçməsi deməkdir. Çünki bölgədə “Bir kəmər, bir yol” layihəsinin Zəngəzurdan keçən yoluna nəzarət etmək istəyən ABŞ və Fransa öz istəklərinə nail ola bilməzlər. Çünki bölgədə quruda öz ordusu ilə təmsuil olunan ölkələr arasında onlar yoxdurlar. ABŞ və Fransa, Türkiyə üzərindən gəlib Zəngəzur dəhlizini nəzarətə ala bilməzlər. Lakin İran burada istisnadır.