Rusiyanın cənubundakı ən böyük aeroportu yanır

20:16 17.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Stavropol diyarında Mineralnıye Vodı şəhərində hava limanının ərazisində genişmiqyaslı yanğın baş verib.

Hafta.az xəbər verir ki, Rusiyanın “Shot Telegram” kanalının məlumatına görə, hazlrda gəliş terminalı yanır.

Bir neçə dəqiqə əvvəl oraya Moskva və Astanadan reyslər enib, Ufa, Moskva və Kazandan olan təyyarələr də eniş etməyə hazırlaşır. Onların fikrincə, yanğın gəliş-gediş terminalları arasında yerləşən binada yerləşən kafedə baş verə bilərdi.

Eyni zamanda, “RİA Novosti” yazır ki, aeroport terminalının dam örtüyü yanır. “Yanğın ilkin olaraq tikinti işləri zamanı başlayıb”, - deyə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

M.Y.Lermontov adına Mineralnıye Vodı Beynəlxalq Hava Limanı Rusiyanın cənubundakı ən böyük hava limanlarından biridir, Mineralnıye Vodı şəhərindən 4 km aralıda yerləşir.

Hadisənin diversiya nəticəsində baş verməsi barədə hələlik heç bur informasiya yoxdur.

Oxunma sayı 84