Yazını böyüt
Yazını kiçilt
NyetMonet elektron bəxşiş xidməti Rusiyada ən çox bəxşiş verilən ofisiantı açıqlayıb.
Hafta.az-ın yazdığına görə, xidmətə qeydiyyatdan keçmiş 15 min restoranda çalışan 100 min ofisiant arasında ən çox müsbət şərhlər və məsləhətlər alan şəxs Moskvada “Chef's Table”da işləyən Mixail Terexov olub.
Terexovla müsahibə aparan “Moskvichmag” jurnalı yazır ki, gənc ofisiant hər müştəridən orta hesabla 3 min rubl (35 dollar) bəxşiş alır.
Terexov onu da bildirib ki, indiyə qədər aldığı ən yüksək pul 50 min rubl civarında olub.
Mixail Terexov deyib ki, 8 il əvvəl universitet yataqxanasından qovulduqdan sonra qida və içki sənayesində işləməyə başlayıb.