Yazını böyüt
Yazını kiçilt
Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Rusiyanın G20-dən kənarda qalması G20 üzvlərinin fəal şəkildə irəli sürdüyü çoxtərəfli münasibətlər prinsipinə zidd olacaq. O, bunu Nyu-Dehlidə keçirilən "Raisina Dialogue" beynəlxalq siyasi elmlər konfransında deyib.
Tədbirdə jurnalist Borreldən soruşub ki, Rusiyanın G20 üzvlüyünü dayandırmaq və yalnız bundan sonra dünyanın aktual problemlərini həll etmək olarmı? Borrell cavab verib ki, bu tələb çoxtərəfli əməkdaşlıq prinsipini təşviq etmək çağırışları fonunda "kifayət qədər ziddiyyətli" səslənəcək.
Borrell "başqalarını dinləmək" ehtiyacını da xatırladıb.