Rusiyanın neft-qaz gəlirləri 28% artıb

15:37 16.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin sonunda Rusiya federal büdcəsinin neft-qaz sənayesinin ixracından əldə etdiyi gəlirlər 2021-ci ilin göstəriciləri ilə müqayisədə 28% və ya 2,5 trilyon rubl artıb. RBC baş nazirin müavini Aleksandr Novakın sözlərini sitat gətirir.

“Qeyd etmək istərdim ki, neft-qaz sənayesindən büdcə gəlirləri keçən il 28% və ya 2,5 trilyon rubl artıb”, - Novak baş nazir Mixail Mişustinin baş nazir müavinləri ilə görüşündə çıxışı zamanı deyib.