Rusiyanın tikinti sektorunda 200 min kadr çatışmır

09:45 18.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Baş nazirinin müavini Marat Hüsnullin beynəlxalq simpoziumda “Tikinti sektorunun gələcəyi: çağırışlar və inkişaf perspektivləri” adlı çıxışında Rusiyanın tikinti sektorunda işçi çatışmazlığı ilə bağlı ağır vəziyyəti açıq şəkildə ortaya qoydu.

Hafta.az-ın yazdığına görə, Hüsnullin deyib ki, sektorda təxminən 200 min mütəxəssis və kadr tələb olunur.

"Bu gün tikinti sənayesində vəziyyət çətindir. Biz kadr hazırlığı edirik və problemi həll etmək üçün yeni texnologiyaların tətbiqinə çalışırıq” deyən baş nazirin müavini əlavə edib ki, kadr çatışmazlığı probleminin həllində ən vacib məsələlərdən biri əmək məhsuldarlığının artırılmasıdır. Buna uyğun olaraq, növbəti illərdə məhsuldarlığı 22 faiz artırmaq rəsmi məqsəddir.