Yazını böyüt
Yazını kiçilt
Ötən sutka ərzində Ukrayna ordusu ölkə ərazisinə hücum edən daha 670 rus işğalçını, habelə 2 tankı, 6 artilleriya sistemini və digər döyüş texnikasını məhv edib.
Hafta.az-ın Ukrayna Baş Qərargahının məlumatlarına istinadən yazdığına görə, bununla da Rusiyanın 24 fevral 2022-ci ildən bu günədək verdiyi ümumi döyüş itkiləri təxminən aşağıdakı kimidir:
Təxminən 184420 nəfər canlı qüvvəsi məhv edilib, 3667 tankı, 7120 zirehli döyüş maşını, 2825 ədəd artilleriya sistemi, 539 ədəd reaktiv atış sistemləri, 285 ədəd hava hücumundan müdafiə vasitələri, 308 təyyarə, 293 helikopter, 2386 ədəd əməliyyat-taktiki səviyyəli PUA, 911 ədəd qanadlı raket, 18 ədəd gəmi və ya qayıq, 5707 ədəd avtomobil və yük maşını və 332 ədəd digər xüsusi əhəmiyyətli texnika.