Rusiyaya gələn turistlərin çoxu müsəlmanlardır

09:56 23.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın keyfiyyət standartları agentliyi “Roskaçestvo”, ölkədəki turistlər arasında müsəlmanların nisbətinin 62 faizə yüksəldiyini açıqladı.

Hafta.az-ın yazdığına görə, “Roskaçestvo”nun baş direktoru Maksim Protasov Rusiyada otellərdə “halal” standartlarının tətbiq olunmağa başladığını xatırladaraq, “Müsəlman dostu” standartı təkcə Yaxın Şərq və BRİKS ölkələrindən gələn qonaqlar üçün deyil, həm də digər ölkələrdən gələn turistlər üçün tətbiq edilir” deyib.

“Halal” sertifikatı əldə etmək üçün otellərin otaqlarında seccade və Quran stendləri olmalı, mini barlarında spirtli içkilər olmamalıdır.

İslam otellərində ibadət otaqları və müxtəlif dillərdə Qurani-Kərim də var.

Bildirilir ki, böyük otellərin bəziləri İslami tələblərə uyğun olaraq yalnız bir mərtəbə, bəzi kiçik otellər isə yalnız İslam mehmanxanaları kimi fəaliyyət göstərir.