Boksçularımız beynəlxalq turnirdə mübarizə aparacaqlar

14:46 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 11-də Almaniyanın Frankfurt şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək.

Hafta.az xəbər verir ki, Boks Federasiyasının məlumatına görə, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Oğlanların mübarizəsində Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov, Sübhan Babayev, Toğrul Quliyev (hər üçü 60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Renat Qiyaslı (75 kiloqram), Səftər Məmmədzadə və Məhəmməd Cəfərova (hər ikisi +90 kiloqram) qüvvələrini sınayacaqlar.

Qızlarda isə Banuçiçək Nəsirli (48 kiloqram) ilə Gülər Hüseynova (51 kiloqram) rinqə çıxacaqlar.

Qeyd edək ki, turnirdə ölkəmizi Elxan Quliyev hakim kimi təmsil edəcək.