Son bir ildə ölkədaxili turlara tələb yarıbayarı azalıb. “Travelata” onlayn tur xidmətinin məlumatlarını çatdıran RİA agentliyi ölkə daxilində səyahət etmək istəyən vətəndaşların nisbətinin 26 faizlə məhdudlaşdığını yazır.
Hafta.az-ın yazdığına görə, rusiyalıları ölkə daxilində səyahət etməkdənsə, daha çox Türkiyə, Abxaziya, Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi istiqamətlər maraqlandırır.
“Travelata” rəsmiləri bu istiqamətlərdə iyun-avqust tur satışlarının keçən ilə nisbətən 36 faiz artdığını bildirib. Buna əsasən, rusiyalı turistlər daha çox pul ödəmək hesabına ölkədə istirahət etməkdənsə, xaricə getmək istəyirlər.
Platforma bu il xarici istiqamətlərə turların orta qiymətlərinin 20-25 faiz artdığına diqqət çəkib. Türkiyəyə turların qiyməti də orta hesabla 226 min rubla (2800 dollar) yüksəlib. Buna baxmayaraq, tələbin lideri Türkiyədir.