Rusiyada spirtli içki qəbul etməyən şəxslərin nisbəti son 20 ildə demək olar ki, iki dəfə artıb. VTsIOM tərəfindən aparılan sorğuya görə, 2004-cü ildə spirtli içki qəbul etməyən insanların nisbəti 27 faiz olduğu halda, 2024-cü ildə bu nisbət 48 faizə yüksəlib.
Hafta.az-ın yazdığına görə. u məlumatlar ölkədə sağlam həyat tərzinə doğru artan tendensiyanı əks etdirir. Xüsusilə Şimali Qafqaz Federal Dairəsində spirtli içki içməyənlərin nisbəti 71 faizlə ən yüksək səviyyədədir.
Spirtli içkilərdən imtina edənlərin sayındakı bu artım daha çox qadınlar, gənclər və yaşlılar arasında özünü göstərir. Sorğunun nəticələrinə görə, qadınların 53 faizi, kişilərin isə 43 faizi spirtli içki qəbul etmir. Bundan əlavə, 54 yaşdan aşağı və 65 yaşdan yuxarı insanların spirtli içki qəbul etməyən nisbəti daha yüksəkdir. Spirtli içki qəbul etməyənlər arasında dövlət sektorunda çalışanların da mühüm yer tutduğu bildirilir.
Araşdırmaya görə, alkoqol istehlakçıları arasında ən çox bəyənilən içkilər şərab (19 faiz), pivə (18 faiz) və araqdır (11 faiz). Kişilər ümumiyyətlə pivə və spirtli içkilərə, qadınlar isə şəraba üstünlük verirlər. Tədqiqatçılar bildirirlər ki, Rusiyada alkoqol istehlakı vərdişləri dəyişir və yüngül alkoqollu içkilər daha çox yayılır.