Ruslar Türkiyədən mənzil alışı azalıb

09:15 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusların ötən ilin yanvar-mart aylarında xaricdə aldıqları evlərin 42,3 faizi Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) payına düşüb.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, bu ilin birinci rübündə bu nisbət 7,7 faizədək geriləyib.

Rusiya “Sothebys International Realty” şirkəti tərəfindən açıqlanan məlumatlara görə, RBC daşınmaz əmlak xidməti, son bir ildə Türkiyədən ev alan rusların sayının 88 faiz, BƏƏ-dən ev alanların sayının isə 82 faiz azaldığını bildirib.

Qəzetə açıqlama verən “Sothebys International Realty”nin nümayəndəsi Tatyana Yemelyanova bildirib ki, 2022 və 2023-cü təlatümlü illərdə Türkiyənin bitərəf siyasətinə əlavə olaraq, sərmayə qarşılığında vətəndaşlıq və ya yaşayış proqramları rusları bu ölkədə mənzil almağa təşviq edib.

Yemelyanova 2023-cü ildən vəziyyət dəyişdikcə bu marağın da azalacağını bildirir. Türkiyə oturma icazəsi həddini 70 min dollardan 200 min dollara qaldırıb və qısamüddətli kirayələr üçün də yeni qaydalar tətbiq edib.

Xəbərdə TÜİK məlumatlarının da yer aldığı qəzet, 2024-cü ilin mart ayında Rusiya vətəndaşlarına 411 evin satıldığını yazır. Bu rəqəm əvvəlki illə müqayisədə 65 faiz azdır. 2023-cü ilin mart ayında ruslar Türkiyədə 1175 ev alıblar.

Qəzetə danışan daşınmaz əmlak şirkəti nümayəndələri bu il rusların ən çox maraqlandığı üç ölkəni Oman, Yunanıstan və İspaniya kimi qeyd ediblər.

Oxunma sayı 163