Rüstəm Umarov Ukraynanın insansız döyüş vasitəsi istehsal gücünü açıqlayıb

09:05 24.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın müdafiə naziri Rüstem Umarov bəyan edib ki, Ukrayna hər il bir neçə milyon pilotsuz dəniz, hava və quru aparatı istehsal etmək gücünə malikdir.

Hafta.az-ın yazdığına görə, müdafiə naziri Umerov Rada telekanalına müsahibəsində məsələ ilə bağlı aşağıdakı bəyanatı verib: “Biz ildə bir neçə milyon pilotsuz maşın istehsal edə bilərik, bəzi şeylər dövlət büdcəsindən ödənilir, bəzi şeylər üçün tərəfdaşlarımızdan dəstək alırıq. Başqa sözlə desək, bizim pilotsuz nəqliyyat vasitələri ilə bağlı imkanlarımız bir neçə milyondan çoxdur və biz bunu edə bilərik. Gələn il düşmənin bu baxımdan bizdən üstün olmasına imkan verməyəcəyik, ona görə də bu il hasilatı bir neçə dəfə artıracağıq”.

Umarov həmçinin bildirib ki, Müdafiə Nazirliyi PUA istehsalı prosedurunun daha da sadələşdirilməsi və rəqəmsallaşdırılması üzərində işləyir ki, ordunun inventarına yeni texnologiyaların daha tez daxil edilməsi mümkün olsun.