Saatlıda avtomat və ov tüfəngləri aşkarlandı

15:09 21.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinləri arasında keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, son iki gün ərzində qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən vətəndaşlardan 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, eləcə də 1 ədəd “AKMS” markalı avtomat, 1 ədəd həmin silaha məxsus daraq və 20 ədəd patron təhvil götürülüb.

 

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Oxunma sayı 135