Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Co Bayden, sabah ölkənin xarici siyasətini əks etdirəcək ilk böyük nitqini söyləyəcək.
Hafta.az xəbər verir ki, bu haqda NBC News telekanalı xəbər yayıb.
Məlumata görə, Bayden, "Amerikanın dünyadakı yerini bərpa etməyə" yönələn xarici siyasət baxışını ortaya qoyacaq.
Telekanal bildirib ki, bu çıxış prezidentin vəzifəyə gəldiyi gündən bəri xarici siyasətlə bağlı ilk mühüm müraciəti olacaq.