“Sabah” klubu mərakeşli müdafiəçi ilə müqavilə imzalayıb

14:03 28.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək Bakının “Sabah” klubu ilk əcnəbi transferini reallaşdırıb.

Hafta.az klubun saytına istinadla xəbər verir ki, “Sabah” mərakeşli müdafiəçi Sofian Çakla ilə ikiillik müqavilə imzalayıb. İyirmi doqquz yaşlı futbolçu Bakı təmsilçinin heyətində 44 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Exido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisinin heyətində 4 oyun keçirib.