Sabah yollarda görmə məsafəsi məhdudlaşacaq

22:28 06.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Hafta.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, mayın 7-də əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında arabir duman olacağı, magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağı ehtimalı var.