Sabahın hava proqnozu

14:36 13.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, gecə və səhər bəzi yerlərdə duman  olacaq. 

Mülayim şimal-qərb küləyi   gündüz arabir güclənəcək. 

Havanın temperaturu  gecə 12-15° isti, gündüz  18-21° isti olacaq.

Bakıda  gecə 13-15° isti, gündüz  19-21° isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 767  mm civə sütununa yüksələcək.  

Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq.  

Tibbi-meteoroloji proqnoz

Mayın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər . 

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 8-13° isti, gündüz  23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz  13-18°  isti olacaq