Sabahın hava proqnozu açıqlandı 

15:14 25.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın  26-da gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

 

ETSN Milli Hidrometeorologiya Xidmətinin hafta.az-a verdiyi məlumata görə noyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama  doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 767  mm civə  sütunu, nisbi rütubət  65-75 faiz təşkil edəcək. 

        
Noyabrın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz 9-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-5 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoz

            
Noyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Oxunma sayı 104