Şabranda çaydan kişi meyiti tapıldı

12:43 19.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabran rayonunda təxminən 20-25 yaşlı naməlum kişi meyiti tapılıb.

 

Hafta.az-ın məlumatına görə, meyit rayon ərazisindən keçən "Şabrançay" su kanalından aşkarlanıb.

 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.