Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxində havatəmizləyici qurğunun mühərriki və içərisində yağ qalıqları yanıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, şadlıq sarayı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.