Şagird yerdəyişməsindəki fasilə növbəti həftə aradan qaldırılacaq

11:58 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyəti ənənəvi  formada bərpa edilmir.

Hafta.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, azyaşlı uşaqlara xüsusi qayğının onlayn göstərilməsi məqbul hesab edilmir:

“Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur”.

E.Əmrullayev deyib ki, şagird yerdəyişməsindəki fasilə növbəti həftədən aradan qaldırılacaq.

Nazir bildirib ki, əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik qeydə alınsa da, növbəti həftələrdən sistemin işə salınması mümkün olacaq.

Oxunma sayı 1185