Şagirdlərin yerdəyişməsi dayandırıldı

17:37 31.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılıb.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlayacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.