Şahmatçımız Read Səmədov Bazel festivalında birinci olub

18:54 01.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib. İlin sonuncu şahmat yarışında Azərbaycanı Read Səmədov təmsil edib.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından deyiblər.

Bildirilib ki, turnirin sonuncu turunda R.Səmədov Almaniya şahmatçısı Morits Veyshauterlə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə, rəqiblərini qabaqlayan şahmatçımız Bazel turnirinin qalibi olub.

Qeyd edək ki, yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib.