Samur-Abşeron kanalında bir nəfər batıb

15:03 21.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxunma sayı 569