Samux polisi mənzildən oğurluq edən şəxsi saxlayıb

17:49 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samux rayonunda mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də rayon ərazisindəki evlərin birindən kombi, televizor və tuner oğurlamaqda şübhəli bilinən Kolayır kənd sakini, əvvəllər məhkum olunmuş R.Məhərrəmov saxlanılıb.

Faktlarla bağlı təhqiqat davam etdirilir.

Oxunma sayı 1622