Sankt-Peterburqdakı görüşlərdən sonra Laçın yolu açılmasa, hayklar Xocalıya yürüş edəcək...

19:09 26.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Əgər Sankt-Peterburqdakı görüşlərdən(MDB başçılarının bugünkü görüşü-S.L.) sonra Qarabağ üçün “həyat yolu” açılmasa, ictimai fəallar Rusiya sülhməramlı kontngentinin İvanyandakı(Xocalı-S.L.) qərargahına gedərək komandir Andrey Volkovla görüşüb  məsələnin həllini tələb etmək niyyətindədirlər."

Hafta.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə bunu Xankəndindəki separatçı “ictimai fəal” Tiqran Petrosyan söyləyib.

"Kreml başa düşməlidir ki, Rusiya Cənubi Qafqazda qalmaq istəyirsə, onların əlində oyuncaq olmaq fikrində olmayan xalqın tələblərini nəzərə almalıdır.

Erməni xalqı heç kəsi bağışlamayacaq”, - deyə  T.Petrosyan çərənləyib.

Xatırladaq ki,  dekabrın 23 və 24-də haykların Xankəndindən Şuşa istiqamətindəki yürüşünün əsas təşkilatçılarından biri məhz T.Petrosyan olub.

Bu gün isə Ermənistan bir qrup erməni Gorus-Laçın yolu ilə Qarabağa doğru yürüşə başlayıb.

Siyasət rubrikasından digər xəbərlər