Sarkozi həbs edildi

12:42 21.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Sante həbsxanasına yerləşdirilib.

Hafta.az xəbər verir ki, sabiq dövlət başçısının maşını həbsxana ərazisinə daxil olub. Sarkozini vəkilləri müşayiət edib.

Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. O, 2007-ci ildə seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ittihamı ilə 5 il həbs cəzası alıb. /TASS/