Saxta 200 manatlıqlarla yaşlı insanları aldadan şəxs saxlanılıb - FOTO

14:15 04.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı altında vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib.

Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.

 

Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.

Araşdırmalar davam etdirilir.