Yazını böyüt
Yazını kiçilt
Seçki məntəqələrinə üzv və rəhbər seçilənlər savadlı və maarifli insanlar olmalıdır. Biz kimin kim olduğunu aydınlaşdırmalıyıq.
Hafta.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, seçki komissiyalarının üzvləri və rəhbərləri yoxlamalardan keçiriləcək:
“Kim uyğun gəlmirsə, biz onları uzaqlaşdıracağıq. Maarifli rəhbər olmalıdır ki, gələcəkdə hansısa xoşagəlməz hadisələr baş verməsin”.