Səfir Rəşad Məmmədov Türkiyənin xaricdəki nümayəndəliklərinin Şəhidliyini ziyarət edib

13:54 08.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatı və xaricdəki nümayəndəliklərinin rəhbərlərinin hər il təşkil olunan ənənəvi Səfirlər Konfransı çərçivəsində terror qurbanı olan Türkiyənin xaricdəki nümayəndəliklərinin Şəhidliyini Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov da ziyarət edib.

Hafta.az-ın yazdığına görə, səfir R.Məmmədov ziyarət zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından Şəhidliyə əklil qoyub.

Tədbirdə həmçinin Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, nazir müavinləri Sedat Onal, Faruk Kaymakçı, Yavuz Selim Kıran, Türkiyə Xarici İşlər Nazirliyi Mərkəzi Aparatının vəzifəli şəxsləri və Türkiyənin xaricdəki nümayəndəliklərinin rəhbərləri də iştirak ediblər.

Bir dəqiqəlik sükutla başlayan mərasimdə çıxış edən Çavuşoğlu 1973-cü ildən bu yana terror təşkilatlarının Türkiyənin xaricdəki nümayəndəliklərini hədəfə aldığı hücumlarda diplomatlar və onların ailə üzvlərindən 41 nəfərin şəhid olduğunu bildirib.

Siyasət rubrikasından digər xəbərlər