Səfir türkiyəli iş adamları ilə görüşdü - FOTO

17:28 20.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Türkiyədən olan iş adamları ilə görüşüb.

 

Hafta.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb.

 

O qeyd edib ki, iş adamlarını öz iş yerlərində ziyarət etməyə davam edir və sayca 5-ci görüşdə daha 3 iş adamı ilə görüşərək ümumilikdə 11 məkana baş çəkib.

 

"Xeyirli işlər arzuladıq, problem, fikir və məsləhətlərini dinlədik", - səfir vurğulayıb.