“Ermənilərdən hər cür vəhşilik gözləmək olar. Onların mahiyyəti terordan ibarətdir. Ermənistan-Azərbaycan sərhəddində yaranan gərginlik də bu prosesi təsdiqləyir və məncə bu hələ davam edəcək”.
Bunu hafta.az-a siyasi şərhçi Əli Mustafa xarici ölkələrdə səfirliklərimizə edilən hücumların mahiyyətini açarkən bildirib.
Onun sözlərinə görə, erməni qrupların Azərbaycanın Fransadakı səfirliyinə hücumu ilk baxışdan erməni vandallarının özfəaliyyəti kimi qiymətləndirilə bilər. Amma beynəlxalq hüquqla bir ölkənin səfirliyi hansı ölkədə yerləşirsə, dövlət onun ərazisini qorumağa məhkumdur.
“Bu həm beynəlxalq hüquqla tənzimlənir, həm də dövlətlərin qarşılıqlı öhdəliklərini şərtləndirən müqavilələrlə. Hesab edirəm ki, Azərbaycanın müvafiq səfirləri öz haqlarının müdafiəsi baxımından beynəlxalq hüquqa istinad etmək üçün yetərincə əsasa malikdir. İstər Fransa, İstər Livan olsun səfirliklərə qarşı baş verən erməni hücumları əslində həmin dövlətlər tərəfindən qəti şəkildə pislənməlidir. Cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır və əlbəttə bizim səfirliklərimizin təhlükəsizliyi ciddi şəkildə qorunmalıdır. Azərbaycan XİN-i müvafiq dövlətlərə danışmalıdır ki, təhlükəsizlik tədbirləri görsünlər”.
Siyasi şərhçi mövcud gərginliyin fonunda hesab edir ki, ermənilər nə Zəngəzur dəhlizini açmağa hazırlaşır, nə də sülh müqaviləsini bağlamaq niyyətində deyillər. Onlara Azərbaycanla sülh lazım deyil.
“Ermənilər öz məkirli siyasətlərini sadəcə dürlü bəhanələrlə, erməni şərəfsizliyi ilə maskalanmış bir şəkildə həyata keçirirlər. Onun üçün də hesab edirəm ki, biz ermənilər tərəfindən növbəti belə təhdidlərlə üzləşə bilərik. Dövlət vacib tədbirlərə əl atmalıdır. Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın daha təhlükəsiz yaşaması üçün bir sıra mühüm layihələri reallaşdırmalıyıq. Qərb, Avropa dünya enerji siyasətinin həllində, humanitar tədbirlərin həyata keçirilməsində iştirak edən Azərbaycana qarşı oxşar münasibəti sərgiləməlidirlər”.