Yazını böyüt
Yazını kiçilt
Sosial şəbəkələrdə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum təşkil edən Yasin Hüseynzadənin fotoları yayılıb.
Qeyd edək ki, bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu olub. İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” avtomatı ilə silahlanaraq səfirlik binasına daxil olub və mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşını isə yaralayıb.
Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov qətlə yetirilib, Vasif Tağıyev və daha 1 nəfər yaralanıb. Məhz səfirliyin mühafizə xidmətinin qəhrəmanlığı nəticəsində terrorçu zərərsizləşdirilib və qətliamın miqyasının genişlənməsinə imkan verilməyib.
Hafta.az 50 yaşlı terrorçunun fotolarını təqdim edir:

