Şəhid polis dəfn edildi 

14:28 06.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının Qarabağda keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, bu gün şəhid olan polis nəfəri Əzizbəy Etibar oğlu Muradov dəfn edilib.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, şəhid Əzizbəy Muradovun nəşi doğulduğu Sabirabad rayonunun Ulacalı kəndinə gətirlib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib. Şəhid, Ulacalı kənd qəbiristanlığında, yaxınlarının məzarının yanında torpağa tapşırılıb.

 

Dəfn mərasimində rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Çevik Polis Alayının əməkdaşları, hərbiçilər və şəhidin yaxınları iştirak ediblər.