Şəkidə 5 uşaq atası intihar etdi

11:34 02.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə intihar hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində qeydə alınıb.

 

Kənd sakini, 1959-cu il təvəllüdlü Cumay Həsən oğlu İbadullayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. 5 övlad atası olan C. İbadullayevin hansı səbəbdən intihar etdiyi məlum deyil.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.