Şəmkirdə bir nəfərə silahlı hücum olub

12:47 21.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə silahdan atəş açılıb, xəsarət alan var.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 19-da Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu silahdan atəş açaraq rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini Y.Məhərrəmov saxlanılıb, ondan “İJ” markalı ov tüfəngi götürülüb.