Şəmkirdə ikimərtəbəli ev yanıb

13:10 09.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunun Təzəkənd kəndində ikimərtəbəli evin birinci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, ümumi sahəsi 400 m² olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 160 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxunma sayı 308