Şəmkirdə qətl hadisəsi törədilib

22:53 07.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunun Könüllü kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucova aldığı çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Cütlüyün 3 övladı var və ailə Mahiyyəddin Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib.

Hadisənin başvermə səbəbləri məlum deyil. Qadının həyat yoldaşı öz xalası oğlu olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Oxunma sayı 1290