Şənbə-bazar ictimai nəqliyyat işləyə bilər? - BNA sədrindən açıqlama 

12:55 28.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hafta.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli avtobusların həftəsonu məhdud qrafiklə işləməsi barədə təkliflərə də münasibət bildirib:

"Məsələn, şənbə və bazar günləri ictimai nəqliyyat 20:00-a qədər işləyərsə, o zaman 18:00-20:00 aralığında əhalinin sıxlığı yarana bilər. Ya ictimai nəqliyyat həftəsonu işləməlidir, əhalidə rahatlıq olmalıdır, ya da işləməməlidir. Bizim yanaşma belədir".