“Səndən sonra” adlı yeni mahnı və klip

09:26 02.02.2026
Yazını böyüt
Yazını kiçilt

Ayni Khalid yeni musiqi işini təqdim edib. Sənətçinin “Səndən sonra” adlı yeni mahnısı dinləyicilərin ixtiyarına verilib. Mahnının müəllifi Vüqar Babayevdir.

Hafta.az xəbər verir ki, lirik əhvalda hazırlanan musiqi işinə çəkilən klip Nyu York şəhərində lentə alınıb.

Klipdə şəhər mühiti və vizual kadrlar mahnının mövzusu ilə uyğun şəkildə təqdim olunub.

Qeyd edək ki, “Səndən sonra” Ayni Khalidin 2023-cü ildə Orxan Zeynallı ilə təqdim etdiyi “İllər sonra” duetindən sonra yayımlanan ilk solo musiqi işidir və hazırda bütün rəqəmsal platformalarda yayımlanır.

Ayəndə Dadaşova