Yazını böyüt
Yazını kiçilt
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş istefa verib.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyət" nəşri məlmat yayıb.
UEFA Konfrans Liqasının qrup mərhələsində İstanbulda “Luqano”ya (İsveçrə) məğlubiyyətdən (2:3) sonra klubun təcili toplantısı keçirilib. Toplantıya qatılan baş məşqçi istefa qərarını açıqlayıb.
Qeyd edək ki, Şenol Günəş 2022-ci ilin oktyabrında “Beşiktaş”ı çalışdırırdı. O, 2015-2019-cu illərdə də "Beşiktaş"ın baş məşqçisi olub.