Sentyabrın 1-dən ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq

11:30 20.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq. Eyni zamanda bu, ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək”.

Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.