Azərbaycan Respublikasının bir hissəsində Rusiyanın himayəsi altında bəslənən separatçı-terrorçu erməni rejiminin üzdəniraq “deputat” və digər nümayəndələri Kəlbəcər rayonunun kəndlərində məskunlaşmış soydaşlarıyla görüş keçiriblər.
Hafta.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
Məlumata görə, separatçı məmur və “deputat”lar Kəlbəcər rayonunun “Poqosoqamer” adlandırılmış Dəvədaşı, “Drmbon” adlandırılmış Heyvalı və “Koçoqot” adlandırılmış Yayıcı kəndlərində olublar.
"Deputat"lar görüşləri zamanı Azərbaycan torpaqlarında sülənən ermənilərlə Laçın yolunun bağlanması səbəbindən yaranmış problemləri müzakirə edib, onları anti-Rusiya hərəkətlərindən; istər hər hansı etiraz aksiyalarından, istərsə də sosial şəbəkələrdəki yazılardan çəkinməyə çağırıblar.